"Vəzifədən azad edilmiş məmurları məsləhətçi kimi dəvət etmək lazımdır".
Bunu “Report”a müsahibəsində sabiq rabitə və informasiya texnologiyaları naziri, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov deyib.
Ə.Abbasov vurğulayıb ki, cəmiyyətimizdə formalaşmış fikir var ki, kimsə vəzifədən çıxdı ondan uzaqlaşırlar:
"Yəqin düşünürlər ki, nə edə bilmisənsə hamısı göz qabağındadır. Bundan sonra da biz edəcəyik. Bu baxımdan qurumlarda olan insanlar da bəzən elə düşünür. Amma işdən çıxanların və həmçinin yaşlıların da fikrini öyrənmək, onlardan məsləhətçi kimi yararlanmaq olar. Məsləhəti dinləyib öyrənmək olar. Sonda isə qərar qəbul edən şəxs son qərarı özü verir.
Lakin mənə münasibət normal olub. Vəzifədən azad edildikdən sonra, 2017-ci ildə AMEA-ya müşavir kimi gəldim və gördüyünüz kimi indi də İdarəetmə Sistemləri İnstitutunda işlərimi davam etdirirəm”.


Şərhlər
Əli bəy mūəllim pulun nə tez qurtardı?!
Dūzdū bu alimlikdən buralarda birşey çıxmır yenə ən yaxşısı çapoçuluq eləməkdi gör bir neyləyirsən
Vəzifədən azad edilmiş məmurları mühakimə edib, oğru kimi azadlıqdan məhrum etmək lazımdır.
Düz deyirsən. Təzə müdürə tez və keyfiyyətli oğurluq üsullarını öyrədərsən ki, vaxtdan "səmərəli" istifadə etsin. Hər şeyi "vaxtında" oğurlaya bilsin və sənə "yaxşı" pay ayırsın.
Аğıllı fikirdir , məhkəmədə etiraf etdiki ,mənə ayda 400,000 pul verlrdilər ,bu təcrübəni öyrənmək lazımdır
Deyirlər bugünlərdə bir toya 5 min nəmər yazdırmısan? deyəsən pulun çoxdu. Qarabağa niyə yardım etmirsn bəs?
XALQI TALAYAN BU ƏLİLƏRDƏN CƏMİYYƏT HANSI FAYDALI MƏSLƏHƏT ALAR? YAXŞI OLARKİ MƏNİMSƏDİYİNİZ VAR- DÖVLƏTDƏN İMTİNA EDİB XALQ ÜÇÜN SƏRF EDƏSİNİZ. BİZİM SİZİN KİMİLƏRİN MƏSLƏHƏTİNƏ EHTİYACIMIZ YOXDUR.
Rüşvət alma məsləhətci?
Əli müəllim,vəzifədən azad edilmiş təcrübəli məmur varmı?Olksa da,ya fetoçu çıxacaq,ya da rusist.