Menu

"Azərbaycanda kifayət qədər boş iş yeri var" - Məleykə Abbaszadə

22.06.2022, 14:26
"Azərbaycanda kifayət qədər boş iş yeri var" - Məleykə Abbaszadə

"Azərbaycanda kifayət qədər işaxtaran və boş iş yerləri var. Lakin mövcud vakansiyalar dolmur və insanlar işsiz qalır".

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Sədrin sözlərinə görə, bu gün ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin məzunlarının az qismi əmək bazarında olan tələbləri ödəyə bilirlər: "Çünki onların bilikləri daha çox nəzəri xarakter daşıyır. Diplomu olanlar işə girə bilmir, amma ali təhsili olmayanlar iş tapır. Bununla da əmək bazarıda diplomlu işçi qüvvəsinin sayı artırmış olur. Ona görə də universitetlərdə biliklər bazarın tələblərinə uyğun olaraq təkmilləşdirilməlidir".

Şərhlər

Elşən 2022-06-22 15:56:59

Boş boş danışma hər sinifdə 35,40 şagird olur müəllim işə qəbul edin sinifdə şagirdlərin sayı azalsın dərslərin keyfiyyəti artsın

Səid 2022-06-22 14:32:05

Bunlar harda yaşayırlar görəsən?!!! Təbii ki öz ətrafları üçün kifayət qədər yer var, millət isə taksi məngənəsindən.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol