Menu

BQXK-nın Azərbaycan Nümayəndəliyinə yeni rəhbər təyin olunub

22.06.2022, 15:47
BQXK-nın Azərbaycan Nümayəndəliyinə yeni rəhbər təyin olunub

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunub.

“Report” xəbər verir ki, bu vəzifəyə daha öncə xanım Draqana Kojiç təyinat alıb.

Bildirilib ki, o, bu postda səlahiyyətləri başa çatmaqda olan Arian Baueri əvəzləyib.

BQXK-nın Azərbaycandakı nümayəndəliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, D.Kojiç hazırda qurumun Pakistandakı nümayəndəliyinin rəhbəridir. Avqustun 1-dən isə Azərbaycanda rəsmi şəkildə fəaliyyətə başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol