DTX-nin SAXLADIĞI GENERAL İŞDƏN ÇIXARILDI - Yerinə təyinat olub

Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" birliyinin direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov işdən çıxarılıb.

 "Unikal.az"-ın  məlumata görə, bununla bağlı DGK-nin sədri Səfər Mehdiyev əmr imzalayıb.

S. Mehdiyevin digər bir əmri ilə həmin vəzifəyə Mövsümov Hüseyn Mövsüm oğlu təyinat alıb.

Qeyd edək ki, bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidməti Dövlət Gömrük Komitəsində əməliyyat keçirib. Əməliyyat nəticəsində Ehtiram Xəlilov saxlanılıb.

635x100

Şərhlər

Amon 2022-06-22 19:29:37

Sefer mehdiyev deyirdi gomrukde bir manat rusvet alan varsa istefa verecem

Ramo 2022-06-22 18:58:09

Görəsən nə dəyişəcək???

Son yazılar