Yunanıstandan daha bir təxribat - Beynəlxalq hüquqa zidd olaraq bu adaya əsgərlər yerləşdirib

Yunanıstan Bodrum yarımadasının səkkiz kilometr cənub-qərbində yerləşən Keçi adasında (Pserimos) beynəlxalq hüquqa zidd olaraq əsgərlər yerləşdirib və silahlandırma aparıb.

Bununla bağlı görüntülər Anadolu Agentliyi (AA) tərəfindən lentə alınıb.

Egey dənizində Oniki Adalar kimi tanınan Batnoz, Lipsi, İleriye, Kelemez, Kos, İncirli, İstanbulya, İləki, Herke, Kerpe, Çoban, Sömbeki, Rodos və Meisin də olduğu bölgədə statusu müəyyən olunmayan bəzi qayalıq ərazilər və adalar var. Bunlardan biri olan Keçi adası Bodrumun Turqutreis səmtinə ən yaxın adadır.

Beynəlxalq hüquqa görə, məskunlaşma üçün bağlı olan və hərbiləşdirilmənin qadağan edildiyi adalar arasında olan Keçi adası ötən günlərdə Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin səfəri ilə gündəmə gəlib.

Yunan mediasında geniş yer alan bu səfərdə Miçotakis sosial media hesabında adada çəkilmiş Yunanıstan bayrağını “Egenin mavisi bayrağın mavisi ilə birləşir” başlığı ilə paylaşıb.

Keçi adasında yaxından keçən qayıqdan, yaxtalardan və gəmilərdən də rahat görünən helikopter meydançası, ardınca yolu kəsən beton maneə, bir-birinə bənzər dörd ədəd modul tipli obyekt, mühafizə və müşahidə qüllələri, ötürücülər, su çənləri və Günəş enerjisi sistemləri müşahidə olunur.

Adada tikinti aparılan ərazidə, xəndək və ya sığınacaqları xatırladan daş konstruksiyaların ətrafında kamuflyaj geyimdə yunan əsgərlər var. Bəzi əsgərlərin tikililər qarşısında dincəldikləri görünsə də, patrul və növbətçi əsgərlər də diqqət çəkir.

Peykdən çəkilən fotoşəkillər göstərir ki, adanın arxasındakı sahildə başqa bir helikopter meydançası var. Bu əraziyə enən yolun da dəmir çarpaz maneələrlə bağlanması fotoşəkillərdə öz əksini tapıb.

Beynəlxalq müqavilələrə əsasən, Oniki Adaların hüquqi statusundan çıxarılan və məskunlaşmaya bağlı, silahsız qalmalı olan Keçi adasında çəkilmiş Yunanıstan bayrağı da diqqət çəkir. Bayrağın hər iki tərəfində kamuflyajlı səngərlərdə artilleriya batareyaları asanlıqla görünür.

Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin iyunun 3-də İstanköy və İstanbulya adalarında keçirilən proqramlara qatılması, Keçi adasına gedərək oradakı polis bölməsi, sağlamlıq mərkəzi və sahil mühafizə idarəsinə baş çəkməsi xəbərləri yunan mətbuatında dərc olunmuşdu.

Terror və təhlükəsizlik üzrə mütəxəssis, Hərbi Hava Qüvvələri Kəşfiyyat İdarəsinin keçmiş rəisi, istefada olan qərargah polkovniki Gürsel Tokmakoğlu bölgədən çəkilən görüntülərə münasibət bildirib.

Keçi adasının əsas quru sahədən uzaqlığına görə Lozanna müqaviləsinin 12-ci maddəsinə əsasən, Türkiyəyə aid olduğunu bildirən Tokmakoğlu qeyd edib ki, yunanlar adanı mənimsəyiblər.

“Adamızı mənimsəyiblər. Beynəlxalq hüquqa görə, bu bayraq cinayətdir. “Bayrağı buradan yığışdırın, yoxsa biz nə lazımdırsa, edəcəyik” demək gərəkdir. Bu, çox ciddi bir məsələdir. Burada Lozanna müqaviləsinin suverenlik hüququna dair bəndlərinin pozulduğu görünür. Bu bayraq hər şeyi deyir”, - deyə Tokmakoğlu vurğulayıb. (Mənbə: Haber Global)

635x100

Şərhlər

t.ədalət 2022-06-23 11:14:37

Türkiyəyə dəstək olaraq biz də Azərbaycan qazının erməni yunanıstandan keçməsinə "stop" qoymalıyıq.Türkün düşməni,birinci Azərbaycanın düşmənidir!

Türk Turan 2022-06-23 11:00:41

Yunanıstanın Ermənistan kimi qulağının dibi qaşınır. Boz qurd isə dumanlı havanı sevir. Aqibətləri dənizdə boğulma olacaq. Haydı böyük Türkiyə!

Son yazılar