ÜST rəhbəri dünyada meymunçiçəyinə yoluxanların ümumi sayını açıqlayıb

2022-ci ilin əvvəlindən dünyanın 48 ölkəsində 3,2 mindən çox təsdiqlənmiş meymunçiçəyinə yoluxma halı müəyyən edilib.

“Report”un xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus bəyan edib.

“Cəmi altı həftə əvvəl ÜST Böyük Britaniyadan kənara səyahət etməyən üç nəfərin meymunçiçəyinə yoluxması barədə məlumat alıb. O vaxtdan bəri Ümumdünya Səhiyyə Təşkilatı Nigeriya da daxil olmaqla 48 ölkədən 3200-dən çox təsdiqlənmiş meymunçiçəyi və bir ölüm hadisəsi barədə məlumat alıb”, - Qebreyesus bildirib.

O, ÜST-yə üzv ölkələri aşkar edilmiş meymunçiçəyinə yoluxma halları haqqında məlumat paylaşmağa və nəinki yoluxmuş şəxslərin müəyyən edilməsinə, həm də xəstə insanların sağlam insanlarla təmaslarını izləməyə çağırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar