“Əgər siz “dağlıq Qarabağ” Azərbaycanın tərkibində ola bilməz deyirsinizsə, özünüzü manevr hüququndan məhrum edirsiniz”.
"AzPolitika.info" erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan prezidentinliyinin 100 günü münasibətilə ölkə ictimai televiziyasına müsahibəsində deyib.
Xatırladaq ki, Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət nümayindələri hökumətin məhz belə bir bəyanat verməsini tələb edirlər. Onlar hesab edirlər ki, Ermənistan Baş naziri Qarabağın Azərbaycanın tərkibində olmasına qarşı deyil.
Nikol Paşinyan bundan əvvəl bildirmişdi ki, Ermənistan üçün Qarabağdakı ermənilərinin təhlükəsizlik və hüquqlarını təmin edən istənilən status məqbul sayıla bilər.
Ermənistan Prezidenti Vaaqn Xaçatryan isə deyib:“Əgər siz bunu bəyan edirsinizsə, sadəcə olaraq manevr hüququndan məhrum olursunuz. Biz siyasəti və diplomatiyanı populizm və ictimai bəyanatlardan fərqləndirə bilməliyik. Biz bunu etmirik və bunları qarışdırmırıq. Adamları, xüsusilə də danışıqlar prosesində iştirak edən və ölkəmiz üçün məsuliyyət daşıyan şəxsləri belə imkandan məhrum etmək lazım deyil. Baş nazir bunu açıq demək üçün özündə cəsarət tapıb. Bunun nəyi pisdir? Hər şeyi açıq demək olmur. Bizim müxalifətimiz də bunu çox yaxşı bilir. Çünki müxalifətdə elə adamlar var ki, belə situasiyaya düşüblər. Bu mənada onların davranışları məndə suallar yaradır”.
"AzPolitika.info"


Şərhlər