Menu

TÜRKDİLLİ ÖLKƏLƏRİN PARLAMENT ASSAMBLEYASININ ADI DƏYİŞDİRİLDİ - “Bu, tarixi hadisədir”

24.06.2022, 13:24
TÜRKDİLLİ ÖLKƏLƏRİN PARLAMENT ASSAMBLEYASININ ADI DƏYİŞDİRİLDİ - “Bu, tarixi hadisədir”

Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Şurasının XI plenar iclası başa çatıb.

İclasda təşkilatın adı Türk Dövlətlərinin Parlament Assambleyası ilə əvəzlənib.

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova deyib ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının XI plenar iclasında mühüm məsələlərdən biri də TürkPA-nın adının dəyişdirilməsidir: “Bu, tarixi hadisədir”.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop isə türk dövlətləri arasında əməkdaşlığın daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol