Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Rasim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Təqsirləndirilən R. Əlizadəyə 7 il azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, prokuror hüquq müdafiəçisinə 8 il iş istəmişdi.
Onu da qeyd edək ki, Rasim Əlizadə Astara rayonunda bir vətəndaşı həbsdən azad etdirmək adı ilə onun ailəsindən 15 min manat alaraq dələduzluq edib. Rasim Əlizadənin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.


Şərhlər