Rusiya qazdan silah qismində istifadə edir – Aİ Rusiyanı günahlandırmağa hazırlaşır

Aİ liderləri cümə günü keçirilən sammitdə enerji böhranını müzakirə etməyi planlayırlar. Böhran Rusiya tərəfindən bu ölkəyə qarşı yönəlmiş sankisiyalar səbəbilə yaradılır.

Bu barədə «Röyter» agentliyi xəbər verir.

Avropa İttifaqının 27 ölkəsi sammitin bəyanatının layihəsinə uyğun olaraq (agentliyin tanış olduğu sənəd) inflyasiyanın sürətli artımı və UKRAYNADAKI MÜHARİBƏ SƏBƏBİLƏ, qlobal artımın yavaşıması məsələsində günahı Rusiyanın üzərinə qoyur.

Qərbin təcavüzlə bağlı tətbiq etdiyi bənzəri olmayan sanksiyalarından sonra, onlarla Avropa ölkəsi qazın Rusiya tərəfindən qısılmasından zərər çəkib ki, bu da alternativ mənbələrin axtarışını bütün blok üzrə qaçılmaz edib.

«Bu, yalnız vaxt məsələsidir ki, nə zaman Rusiya bütün qaz tədarükünü bağlayacaq» - Aİ nümayəndələrindən biri cümə danışıqlarından əvvəl bəyan edib.

Almaniyanın iqtisadiyyat naziri Robert Qabek xəbərdarlıq edib ki, onun ölkəsi qaz çatışmazlığı ilə üzləşəcək, əgər Rusiyanın tədarükü indiki kimi aşağı səviyyədə olacaqsa və sənayenin bəzi sahələrini qışda bağlamaq lazım gələcək.

İtaliya qəzetləri cümə günü xəbər veriblər ki, Roma Aİ liderlərini yenidən iyulun ortalarında görüşə toplaşmağa çağırıb ki, Rusiya qazının qiymətinin mümkün məhdudlaşdırılmasını müzakirə etsinlər. Məhdudlaşdırmanı İtaliyanın Baş naziri Mario Draqi israr edir.

Layihəyə uyğun olaraq, liderlər Aİ-nın icra hakimiyyətinə xahişlə müraciət edəcəklər - enerji təchizatı üzrə qərar ona cavab olsun ki, Rusiya qaz ixracını «silahlandırır».

Avropa Komissiyasının Prezidentinin məlumatına görə, Avroittifaq ölkələrində bütün energetik balansın 24 faizə qədərini qaz təşkil edir. Aİ qazın 90 faizini idxal edir, bu idxalın 40 faizi isə Rusiya qazıdır.

Rusiya artıq Polşaya, Bolqarıstana, Finlandiyaya və Niderlanda qaz tədarükünü dayandırıb - bu ölkələr qazın pulunu rublla ödəməkdən imtina ediblər.

İyunun 22-də Beynəlxalq Enerji Agentliyinin başçısı (İEA) Fatih Birol Avropaya məsləhət görüb ki, təcili hazırlaşsınlar - Rusiya qışda qaz tədarükünü tamamilə dayandıra bilər.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar