“Təkcə Krım körpüsü yox...” – Yarımadada USQ-nin ikinci mühüm hədəfi var

Ukrayna silahlı qüvvələri (USQ) ehtimal ki, Rusiya Federasiyasının Qara dəniz donanmasının məhv edilmə imkanına baxacaq - donanma işğal edilmiş Sevastopol buxtasında yerləşib.

Bu fikri hərbi ekspert Oleq Jdanov özünün YouTube-kanalında səsləndirib.

Onun sözlərinə görə, belə zərbənin məqsədyönlülüyü və Krım körpüsünə zərbə endirilməsi məsələsinə Baş Qərargah baxacaq.

«Sevastopol «Qarpun» raket komplekslərinin fəaliyyət zonasına düşür və mən, belə zərbəni istisna etmirəm ki, qərar qəbul oluna bilər - Sevastopolda ya reyddə, ya da buxtada Qara dəniz donanmasına zərbə endirilə bilər. Xüsusilə də «Kalibr» raketləri yüklənən zaman. Yeri gəlmişkən, suüstü vəziyyətində onlar raketlərlə açıq məkanda yüklənirlər. Limana girmirlər. Sonra bu raketlər bizim vətəndaşları öldürürlər. Ona görə, mən fikiləşirəm ki, imkan olan kimi məsələyə baxılacaq və ola bilsin ki, biz zərbə endirək. Heç olmasa bu raketlərin yüklənməsi Novorossiyskdə aparılar. Oraya bizim, təəssüf ki, əlimiz çatmır, ən azı hələlik», - Jdanov deyib.

Bugünlərdə məlum olub ki, Qara dənizin şimal-qərb hissəsində Rusiyanın sualtı qayığı və 4 böyük desant gəmisi yerləşib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar