ABŞ-da yerləşən “Pew” Araşdırma Mərkəzinin keçirdiyi sorğuya əsasən, Ukraynaya təcavüzdən sonra Rusiya Prezidenti Vladimir Putinin dünyadakı nüfuzu sürətlə azalır.
“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ, Kanada, İspaniya, İsrail, Yaponiya və Avstraliyada daxil olmaqla ümumilikdə 18 ölkədə keçirilən sorğuya görə, Putinə müsbət yanaşanların sayı son 20 ilin ən aşağı səviyyəsinə enib.
Sorğuda iştirak edən respondentlərin 90 faizi Putinin xarici siyasət fəaliyyətini bəyənmədiklərini və Rusiya liderinə inanmadıqlarını bildiriblər.
Məlumatda qeyd olunub ki, yalnız Malayziyada Rusiya liderinin siyasətini bəyənənlərin nisbəti bir qədər yüksək olub.
Avropa ölkələri arasında Putinin fəaliyyətini ən çox bəyənənlər isə 27 faizlə Yunanıstanda olub.
“AzPolitika.info”


Şərhlər
Putinin nüfuzu olub ki?Onun nüfuzu keçmiş bolşevik və kommunist ifrazatından törəyənlərin yanında olub.