“Əgər Kalininqradda Rusiya-NATO müharibəsi başlayarsa, ilk vuracağımız hədəf London olacaq”.
“AzPolitika.info” beynəlxalq KİV-lərə istinadla xəbər verir ki, bunu Rusiya parlamentinin Müdafiə Komitəsinin üzvü, rus ordusunun ehtiyatda olan generalı Andrey Qurulyov “Birinci kanal”-da yayımlanan televiziya verilişində deyib.
O, Kalininqrad üzərindən NATO ölkələrini hədələyib: “Mümkün müharibə vəziyyətində Rusiya nə Varşavanı, nə də Berlini hədəfə almayacaq. Əvvəlcə Londonu vuracaq”.

Putinə yaxınlığıyla bilinən Qurulyov bildirib ki, hava hücumları nəticəsində düşmən tamamilə məhv ediləcək: “Onların amerikalı və ya ingilis olması heç kimin vecinə olmayacaq. Kritik ərazilərin məhv edilməsi əməliyyatı çərçivəsində Qərbi Avropanın elektrik enerjisi təchizatı kəsiləcək. Bütün enerji təchizatı sahələri məhv ediləcək. Daha sonra ABŞ-ın soyuqda, yeməksiz və işıqsız qalan Avropaya nə deyəcəyini gözləyəcəyik. Maraqlıdır, onlar necə kənarda qalacaqlar? Bu planın bir sıra məqamlarını gizli saxlayıram. Çünki bu, televiziyada müzakirə olunacaq bir məsələ deyil”.
“AzPolitika.info”

Şərhlər
Bu alkaşlar cavab zərbəsi haqda heç düşünmürlər. Demirlər ki bunların moskvası virdeyi-viran ediləcək və yerində bir torba kül qalacaq?
Bu gerizəkalı bilmir ki, Britaniyanın da bütün növ silahları var, o cümlədən nüvə silahı. Bunkerdəoturmaqnan deyil. Əhali məhv olunandan sonra hansı orduya rəhbərlik olunacaq?
Qərb bloku məhvə məhkumdur dünyanı bu həddə onlar gətirib
Putin,artıq sarsaqlayır və Rusiyanın məhv edilməsinə doğru addımlayır.Bu sarsaq anlamır ki,nüvə silahı harada atılmasından asılı olmayaraq,bütün Planetin faciəsidir..
Kül senin general başuna , dünya hara gedir bunlar ne fikirleşir ne etmek isteyir.Milletine bunlardan artıq düşmen ola bilmez.Miletinin yaxşı yaşamasını genclerin geleceyini fikirleşmek evezine onları iddialarının qurbanına çevirirler.Yeni bunndan da gerizekalıluq ola bilermi?