Menu

Azərbaycanla bağlı bədbin proqnoz

07.11.2014, 15:01
Azərbaycanla bağlı bədbin proqnoz

Ekspert: "Bu ilin III rübündə Neft Fondunun aktivləri 317,1 milyon dollar azalıb"

"Dünyanın əmtəə və maliyyə bazarlarında gedən proseslər Azərbaycanın da strateji ehtiyatlarına zərbə vurur".

ANS PRESS-in məlumatına görə, bunu iqtisadçı Samir Əliyev bildirib. Onun sözlərinə görə, neftin ucuzlaşması və dolların bahalaşması fonunda 2014-cü ilin III rübündə Neft Fondunun aktivləri 317,1 milyon dollar azalıb:

"Azalma beynəlxaq ehtiyatlarda da müşahidə edilib. Beynəlxalq ehtiyatların xarici valyutada olan aktivləri sentyabr ayında 340,18 milyon dollar azalıb. Sentyabr ayı ərzində xarici valyutada olan aktivlərin həcmi $17,783 milyardan $17,443 milyarda düşüb. Azalma digər maddələr üzrə də olub. SDR (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları) üzrə göstərici isə $233,19 milyondan $238,29 milyona düşüb", - deyə mütəxəssis söyləyib.

Ekspert güman edir ki, azalma noyabr ayında da davam edəcək. Çünki neft 80 dollara yaxınlaşır, dollar isə digər valyutalar nisbətən bahalaşması ehtiyatlarımıza mənfi təsiri göstərəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol