Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakıdan Şuşaya əlavə avtobus reysinin açılmasına qərara verib.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Təhlillər nəticəsində Bakı – Şuşa – Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb. İyul ayından etibarən sərnişinlər Bakı – Şuşa – Bakı istiqamətində həftənin bütün günləri səfər edəcəklər.


Şərhlər
Nədən, Bakı-Ağdam sonrası qalıbsa, Xankəndi dəmir yolu bərpa edilmir? BakMil metro stansiyası illərlə niyə Ulduz, ya Koroğlu xəttinə qapanmır? Əhali RAHAT hərəkət edər. Balakan dəmir yolu niyə iki tərəfli möhkəmləndirilmir? Yoxsa, Gürcüstandan tikinti və digər materiallar ucuz daşınar?