5 YAŞLI ƏFRASİYABA KÖMƏK LAZIMDIR - "Təcili dərmana ehtiyacı var!” + Fotolar (Yenilənib)

Leykozdan (qan xərçəngi) əziyyət çəkən beş yaşlı Əfrasiyab Məcidlinin anası oğlunun vəziyyətinin ağırlaşdığını, təcili dərmana ehtiyacı olduğunu bildirir. Aşağıda şəkili verilən dərmanları almağa imkanlarının olmadığını bildirən ana imkanlı insanlardan  kömək istəyir. 


***

Beş yaşlı Əfrasiyab Məcidli leykozdan (qan xərçəngi) əziyyət çəkir. Bu barədə onun anası Tünzalə Məcidova məlumat verib. 

O bildirib ki, oğlu 3 ildir bu xəstəliklə mübarizə aparır:"Uzun və çətin 3 illik müalicə sayəsində xəstəlik remissiyaya keçdi. Təəssüf ki, əsas müalicə zamanı uşaq Hepatit C xəstəliyinə yoluxdu. Qaraciyərin adi dərmanlarla müalicəsi heç bir nəticə vermədi və uşağın vəziyyətini daha çox korlayır. 

Bu səbəbə görə, Əfrasiyab şüa terapiyası ala bilmir, bu isə xərçəngin qayıtması riskini daha da artırır. Uşağın bu vəziyyəti ilə barışa bilməyib Əfrasiyabın analizlərini xaricə göndərdik. Almaniyanın "Asklepios Kliniken" xəstəxanasının həkimləri uşağın xəstəliyinin müalicəsi üçün yaxşı proqnozlar verirlər. Amma müalicənin ilkin qiyməti təqribən 25.000 AZN bərabərindədir. Ancaq bu məbləği biz ödəyə bilmirik. Bu balaca uşağın sağalması üçün hər bir xryriyyəçi, imkanı olan insanın dəstəyinə ehtiyacımız var. Övladımın yaşaması üçün köməyinizi əsirgəməyin. Onu ölməyə qoymayın!”.

Əlaqə nömrəsi: 055 758 94 88

                           055 801 63 13


635x100

Şərhlər

abbas 2022-09-19 18:50:22

Bəs dövlət vərtəndaşına niyə aahib çıxmlr ki.xalqdan kömək diləyirik?niyə jurnalistlər bu məsələi ağartmırlar?

Süleyman 2022-07-10 11:45:28

Bəs vətəndaşlara dövləq qayğısı hara uçub.Niyə dövlət onu yaşadan vətəndaşlarına sahb çıxmır.Onların sağlamlığı,təminatı,yaşayışı ilə maraqlanmır?Axı bu dövlətin öncə borcudur.r

Kirpi 2022-07-10 01:54:27

Dovlet "hökümetin"kaygısına qalır. Sabirin atasına rehmet. Millet nece taraf olur olsun ne işim var. Düşmenlere möhtac olur olsun ne işim var

Kirpi 2022-07-10 01:50:24

Dovlet" "hökümetin " kaygısına qalır. Millet nece taraf olur olsun ne işim var, düşmelere möhtac olur olsun ne işim var. Ay senin dövletini yesinler

Firudin 2022-06-27 23:05:24

Əfrasiyab Azərbaycan vətəndaşıdır və onun sağlamlığının təmini Azərbaycan sövlətinin borcudur.Bu borcun təmib üdilməsinə nəzarət isə müvafiq dövlət orqanlarının vəzifə borcudur.ona görə belə müraciətlər həmin idarələrə edilməlidir.Onsuz da yaşa imkamı məhdudlaşdırılmış (*az maaş,pensiya,müavinət,üstəgəl işsizlik)millətin yardım imkan məhduddur.Xğstələrə qarşı qulluq,müalicə dövlətin vacib borcudurOna görə millətə,televiziyaya fırıldaqçılarına yox,aidiyyatı üzrə dövlət orqanlarlna müraciət edilməlidir.

Son yazılar