Menu

Türkiyə Ermənistan aviaşirkətinə icazə vermədi - Livana hava reysləri təxirə salındı

25.06.2022, 19:37
Türkiyə Ermənistan aviaşirkətinə icazə vermədi - Livana hava reysləri təxirə salındı

Ermənistanın “Flyone Armenia” aviaşirkəti Türkiyənin öz hava məkanından uçuşa icazə vermədiyinə görə iyulun 21-dək Beyruta reysləri təxirə salıb.

Şirkətin yaydığı məlumata görə, Türkiyə aviasiya orqanları "Flyone Armenia"ya uçuş icazələrini ləğv edib. Məlumatda bildirilir ki, İrəvan-İstanbul-İrəvan, İrəvan-Paris-İrəvan və İrəvan-Lion-İrəvan reysləri qrafikə uyğun həyata keçirilir.

Şirkət Beyruta uçuşların bərpası ilə bağlı əlavə məlumat verəcəyini vəd edib. Sərnişinlər uçuşların vaxtını dəyişdirməyə və ya biletin qiymətini geri almağa dəvət olunur.

"AzPolitika.info"

Şərhlər

t.ədalət 2022-06-26 10:45:00

ermənistanın Livana uçuşu,görünür,Rusiyanın PKK-çılara silah daşımasını da nəzərdə tutur.Putinin,Lavrovun yerevana son vaxtlar diqqət artırmaları da buna bağlıdır.Amma,Türkiyə kəşfiyyatı da oyaqdır.Rusiyanın Azərbaycanda yetişdirib Türkiyəyə göndərdiyi casusları da belə aşkarlaya bilsələr,yaxşı olar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol