Gəncə şəhərində Qafqaz İslam Ordusuna ucadılan abidənin açılış mərasimi keçirilir.
"Report"un Qərb bürosunun məlumatına görə, mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edir.
Qeyd edək ki, abidə 25 May – 17 Noyabr 1918-ci il tarixləri arasında cərəyan edən, Nuru Paşa Komandanlığındakı Qafqaz hərəkatında Azərbaycanın müstəqilliyi uğrunda qardaşlıq naminə 11 İyun 1918-ci il tarixində Gəncədə canlarını fəda edən Qafqaz İslam Ordusunun ilk şəhidlərinin əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə inşa edilib.




Şərhlər
Nuru Paşanın abidəsi ilk-öncə Bakıda qoyulmalıdır.Rus casuslarına-keçmiş satqın messanatlara və milyonçulara qoyulan heykəlləri ləğv edib,onların yerində bizə azadlıq və müstəqillik gətirən Türk qardaşlarımıza abidə qoyaq!Rusiya sevgisinə aludə olanlara,içəreisində türkə nifrət bəsləyənlərə dur deyək!Rus kəşfiyyatının yetirmələrinə və seperatçılıq xəstəliyinə tutulmuş kürdlərin qarşısına şlaqbaum qoymağın vaxtı çatıb.