Menu

“Ukraynanın NATO-ya daxil olması məsələsinə baxılmır” - İspaniya XİN

26.06.2022, 15:38
“Ukraynanın NATO-ya daxil olması məsələsinə baxılmır” - İspaniya XİN

“Ukraynanın NATO-ya daxil olması ehtimalı nəzərdən keçirilmir”. “Report” xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares “ “El Pais” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına(NATO) daxil olması heç vaxt danışıqlar masasında müzakirə olunmayıb, indi də müzakirə olunmur.

O, Ukrayna Prezidenti Volodimir Zelenskinin 28-30 iyun tarixlərində Madriddə keçiriləcək NATO sammitində yalnız videokonfrans formatında iştirak edəcəyini təsdiqləyib: “Əgər o, gəlməyə qərar versəydi, təbii ki, biz də onu qucaqlayıb qarşılayardıq. Amma o, artıq videokonfrans formatında sammitdə iştirak edəcəyini bildirib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol