GENERAL RÜTBƏSİNƏ YÜKSƏLƏN POLKOVNİKLƏR - Biri Vətən Müharibəsi Qəhrəmanıdır + FOTOLAR

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dünən Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 6 polkovnikə də general-mayor rütbəsi verilib. General-mayor rütbəsinə yüksələn zabitlərdən 4-ü haqda bəzi məlumatları təqdim edir.ik:

General-mayor rübəsi alanlardan biri Vətən Müharibəsi Qəhrəmanıdır. Söhbət Zaur İlham oğlu Zeynalovdan gedir. Xüsusi Təyinatlı Qüvvələrin mənsubu olan general, Vətən müharibəsində qəhrəmanlığı ilə diqqət çəkib. Əslən Salyandan olan 46 yaşlı general, Aprel döyüşlərində də iştirak edib. O, son olaraq Cəbrayılın, Kəlbəcərin və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunub.

Zaur Zeynalov

General-mayor rütbəsinə yüksələn Zaur Zeynalabdul oğlu Rüstəmov 1975-ci il təvəllüdlüdür, İsmayıllıda anadan olub. Azərbaycan Hərbi Hava Qüvvələrinin mənsubudur. Türkiyədə də hərbi təhsil alıb. 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçiləri olaraq vətənə qayıdanlar arasında olub. Azərbaycan Ordusun 100 illiyinə həsr olunmuş paradda və 8 noyabr Zəfər paradında təyyarəçilərə öndərlik edib.

 Zaur Rüstəmov

General-mayor rütbəsi alan Eldəniz Telman oğlu Yəhyayev xidmət rəisidir. O, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi vəzifəsində çalışır.

 Eldəniz Yəhyayev

General-mayor rütbəsinə yüksələn Nicat Kamandar oğlu Qarayev Dövlət Təhlükəsizliyi Xidmətində də çalışıb. O, daha öncə Prezident tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunub.

Bu gün general-mayor rütbəsini çiyinlərinə taxan Pirverdiyev Akif Səməndər oğlu isə Müdafiə Nazirliyinin yüksək rütbəli zabitidir. General Pirverdiyev daha öncə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

“Tibb xidməti general-mayoru” hərbi rütbəsi ilə təltif olunan Firudin Nəbiyev Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edir.

Firudin Nəbiyev

635x100

Şərhlər

RÖVŞƏN MURADOV 2022-07-01 11:12:01

Hər bir Generalımızı təbrik edir, onlara bu şərəfli hərbiçi işlərində uğurlar və ən əsası uzun ömür-can sağlığı arzulayıram. Eşq olsun Sizlərə!

Son yazılar