“Media forum” saytı xəbər verir ki, noyabrın 7-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili xarici işlər naziri Maya Pancikidze və Avropa, Avroatlantika inteqrasiyası məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvilinin vəzifələrindən çıxarılması barədə sərəncamlar imzalayıb.
Noyabrın 4-də Gürcüstanın müdafiə naziri İrakli Alasaniya postunu tərk edib. Onun istefası dərhal qəbul olunub və yerinə Dövlət Təhlükəsizliyi, Böhranları İdarəetmə üzrə Hökumət Şurasının katibi postunu tutan Mindiya Canelidze təyin edilib.
Noyabrın 5-də xarici işlər naziri Maya Pancikidze və dörd müavini, eləcə də Avropa, Avroatlantika inteqrasiyası məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili istefa veriblər. Maya Pancikidze İrakli Alasaniyanın baldızı, Aleksi Petriaşvili isə Bizim Gürcüstan – Azad Demokratlar Partiyasının üzvüdür.
“Media forum” saytı bildirir ki, Maya Pancikidze hakim “Gürcü arzusu” Partiyasının sıralarından, İrakli Alasaniyanın rəhbərlik etdiyi Bizim Gürcüstan – Azad Demokratlar Partiyası isə hakim koalisiyadan çıxıb.


Şərhlər