RUSİYA 104 İL SONRA İLK DƏFƏ DEFOLT ELAN ETDİ - Bundan sonra nə baş verəcək? (Yenilənib)

"Bloomberg" agentliyinin məlumatına görə, dünən gecə Rusiya 100 milyon dollar xarici borcunu ödəməkdən imtina edib və defolt elan edib. Agentlik xatırladır ki, 1918-ci ildə Lenin Çar Rusiyasının xarici borclarını ödəməmə qərarı verəndən sonra ilk dəfə idi Rusiya xarici borcuna defolt edir. 1998-də isə rubl borcları ilə bağlı bu elanı vermək məcburiyyətində qalmışdı.

Qəzetin məlumatına görə, rəsmi Moskva borcu rublla qaytarmaq istəsə də, kreditorlar Rusiya milli valyutasını dollara konvertasiya edə bilməyəcəkləri üçün bu təklifdən imtina ediblər. Rusiyaya verilən 30 günlük müddət bazar günü gecə başa çatdığından, borc defolt olub.

Analitiklər bununla da Rusiya iqtisadiyyatının tamamilə çökəcəyini proqnozlaşdırırlar.

ABŞ-ın Şimali Dakota Universitetinin professoru, maliyyəçi Fariz Hüseynli bildirir ki, Rusiyanın pulu var, amma borclar dollarla ödənməli olduğuna və aktivlər sanksiya altında olduğundan belə vəziyyət yaranıb.

Rusiya müxtəlif variantlarla bunun qarşısını almağa çalışsa da Amerika Maliyyə Nazirliyi bu variantların qarşısını kəsdi, - maliyyəçi vurğulayıb.

F.Hüseynli xatırladır ki, böyük investorların çoxu bu borc kağızlarını çox ucuz qiymətə satmışdı: "Amma kiçik və yerli rus investorlar yəqin ki, onlardan müəyyən qədər borclarını ala biliblər. Qalan miqdarı satmayanlar ya sadəcə oturub gözləyəcəklər, ya da sığortaları var idisə, sığortalanmış məbləği alacaqlar".

Bundan sonra nə baş verəcək?

Maliyyəçi bu suala cavabında deyir ki, adətən ya Beynəlxalq Valyuta Fondu (IMF) dövriyyəyə giridi, ya da beynəlxalq məhkəmə olurdu: "Nəticədə borcların yenidən strukturlaşması gedirdi və s. Beynəlxalq Bankın nümunəsinə baxın, necə oldu? Amma indi Rusiya deyir, bizim məhkəmələr əsasdır. Onsuz da xarici investor onun məhkəməsinə gedən deyil. İkinci əsas təsir odur ki, defolt elan edən ölkəyə uzun müddət heç kim borc vermək istəmir. Məsələn, Argentina defoltdan sonra 10 il xaricdən borc ala bilmədi. Düzdür, Rusiya onsuz da uzun müddət dollar, avro borc alası deyil, ancaq neft-qazdan qazanar, ya da yuan və başqa valyutalar ala bilər".

"AzPolitika.info"

***

Rusiya 1918-ci ildən bu yana ilk dəfədir ki, xarici valyutada olan suveren borcu ilə bağlı defolt elan edib.

Rusiyanın defolt elanı Qərb sanksiyalarının kuliminasiya nöqtəsi hesab olunur.

Qeyd olunur ki, Rusiyanın dövlət istiqrazları üzrə vaxtı keçmiş ödənişlərinin 100 milyon dollarının ödənilməsi ilə bağlı güzəşt müddəti bazar ertəsinə keçən gecə başa çatıb. (Mənbə: “Bloomberg”)

635x100

Şərhlər

KərkiCahandan 2022-06-27 12:44:22

Avropada RFnın mən bilən azı 150 mlrd ABŞ dolları valyuta ehtiyatı məcburi cəlb edilə bilər? Azərbaycana 33 illik soyqırım və dağıntı təzminatları necə ödəniləcək?

Son yazılar