G7 LİDERLƏRİ PUTİNİ ƏLƏ SALDILAR – “Gəlin ona əzələlərimizi göstərək” + FOTO

“Biz Putindən daha sərt olduğumuzu göstərməliyik”

Ötən gün Almaniyada baş tutan G7 Sammitində maraqlı anlar yaşanıb. Rusiyanın işğalçı siyasətinə qarşı birlik mesajı verən G-7 liderləri fotesessiya zamanı Vladimir Putinin “maço” hərəkətlərini ələ salıblar.

“AzPolitika.info” beynəlxalq KİV-lərə istinadla xəbər verir ki, G-7 liderlərinin bəziləri pencəklərini, qalstuklarını çıxarıb, köynəklərinin düymələrini açaraq, Putinin bir neçə il öncə at üzərində çəkdirdiyi yarı-çılpaq fotolar üzərindən onu ələ salıblar.

Məlumatda qeyd olunur ki, fotosessiya zamanı Böyük Britaniyanın baş naziri Boris Conson digər həmkarlarından pencəklərini çıxarmaq və ya soyunmaq lazım olub-olmadığını soruşub.

Kanadanın baş naziri Castin Trüdo isə “ata minəcəyik?” deyə sual edib.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen isə ona cavabında bildirib ki, “Bəli, at sürmək yaxşı fikirdir”.

Daha sonra Consonun “Biz Putindən daha sərt olduğumuzu göstərməliyik, gəlin ona əzələlərimizi göstərək” deməsindən sonra liderlər gülüblər.

“AzPolitika.info”



635x100

Şərhlər

Hadi 2022-06-28 13:14:17

Yox ,gərək palatqa qurub,pul yığaydılar....

dadaşyev 2022-06-27 12:59:11

Aaaa! Bunlar lap Vəzirov kimi bambılıdılar ki! Bu boyda dünya iqtisadiyyatı bu 7 maygülünün əlindədirmi yəni?Elə isə qadam ağzuva a dünya.

Son yazılar