Qərblə Rusiya arasında qarşıdurma yeni vüsət alır. ABŞ NATO-nu təşviq edir və Ukraynaya dəstəyi sistemləşdirir. Belə ki, işğala məruz qalan ölkəyə qeyri-məhdud hərb-maliyyə dəstəyi vəd edir. Bundan sonra cəbhədə dönüş nöqtəsi payızın başlanğıcında mümkün olar bilər".
"AzPolitika.info" xəbər verir ki, bu sözləri politoloq Fərhad Məmmədov Rusiya-Qərb qarşısdurmasındakı hazırki vəziyyəti və proseslərin bizim regiona mümkün təsirlərini şərh edərkən bildirib.
"Moskva məhz Qərbə G7 sammiti və NATO zirvə görüşü ərəfəsndə Ukrayna şəhərlərinə, əsasən də Kiyevə kütləvi raket hücumu ilə cavab verir. Belarus prezidenti ilə danışıqlarda nüvə mövzusunun aktuallaşması daha bir dəhşət hekayəsidir. Bu, gərginliyin hədsiz artdığını nümayiş etdirir. Kalinqrad problemi də daha bir toqquşma mənbəyidir və Moskva diqqətini həm də bu istiqamətə yönəldib",- təhlilçi əlavə edib.
F.Məmmədov Sergey Lavrovun Rusiyanın ABŞ-la ATƏT-in Minsk qrupu formatında əməkdaşlıqdan imtina etməsinə bu konteksdə baxmağı təklif edir.
"Moskvanın eskalasiya üçün hələ də resursları var",- o vurğulayıb.
Politoloq hesab edir ki, Rusiya-Qərb gərginliyi kontekstdə Ermənistan-Azərbaycan arasında münasibətlərə yeni təkan verilə bilər.
Onun sözlərinə görə, vasitəçilər başqa vasitəçinin təşəbbüslərini istisna etməklə, öz təşəbbüsləri çərçivəsində irəliləyişə nail olmaq üçün addımlar atacaqlar: "Lavrovun Azərbaycana və Ermənistana səfərini bu mənada başa düşmək lazımdır. İyulda Avropanın fəallığını gözləyək, çünki Aİ, Azərbaycan və Ermənistan liderlərinin növbəti sammiti iyulun sonu - avqustun əvvəlinə planlaşdırılıb. Təəssüf ki, qurumun xüsusi nümayəndəsi Klaarın sərsəm bəyanatları gözləmə vəziyyəti yaradıb.
Çünki burada ardıcıllığın olmaması elementləri var ki, bu da bir daha fundamental qərarların qəbulunu pozmaq təhlükəsi yaradır. Ermənilərin manevrləri və yayınmaları arzuolunmaz vasitəçilərin normallaşma prosesinə daha çox cəlb olunmasına şərait yaradır. Əlbəttə, bunu rəsmi Bakı istəmir. Görünən odur ki, Ermənistan rəhbərliyinin obyektivlik hissi tamamilə itib".
Fərhad Məmmədov vurğulayır ki, Azərbaycanın Tehrandakı səfirinin İranın yollar naziri ilə dünənki görüşü və orada körpü və yolların tikintisi ilə bağlı texniki işlərin başa çatdırılması barədə açıqlanan məlumat Zəngəzur dəhlizinin ermənilərlə və ya onlarsız açılacağına dair Ermənistana göndərilən növbəti siqnaldır.
"AzPolitika.info"


Şərhlər
Kreml, RFnın hərbi-texnki və texnoloji-iqtisadi arsenalına müharibəni bu tempdə 10 il apara bilər. Ukraynanın isə məncə, uzağı bir illik ərzaqdan qeyri heç bir potensialı görünmür? Qərbdən gələn yardım Rusiyaya bircə kəsərli zərbə vuracaq texniki parametrlərdə deyil.