UKRAYNADA TİCARƏT MƏRKƏZİNƏ RAKETLƏ HÜCUM... - Ölənlərin sayı açıqlandı + VİDEO (Yenilənib)

Rusiya ordusu dünən Ukraynanın Kiyev vilayətinin Kremençuk şəhərindəki ticarət mərkəzinə raket zərbəsi endirib. BAKU.WS xəbər verir ki, raket zərbəsi zamanı 16 nəfər həyatını itirib.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmət açıqlayıb ki, hücumda 59 nəfər də xəsarət alıb.

Qeyd edək ki, xilasedicilər dağıntılar altından 11 nəfərin meyitini çıxarıblar.

***

Rusiya ordusu Ukraynanın Poltava vilayətinin Kremençuq şəhərindəki ticarət mərkəzinə raket hücumu həyata keçirən zaman binada mindən çox ziyarətçi olub.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

“İşğalçılar mindən çox dinc sakinin olduğu ticarət mərkəzini raketlərlə atəşə tutublar. Ticarət mərkəzi yanır, xilasedicilər yanğını söndürür, qurbanların sayını təsəvvür etmək mümkün deyil”, - Zelenski yazıb.

O, bu obyektin Rusiya ordusu üçün heç bir təhlükə və strateji əhəmiyyət daşımadığını vurğulayıb.

***

Rusiya Ukraynanın Poltava bölgəsində yerləşən iri ticarət mərkəzini hədəf alıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, mindən artıq mülki şəxsin məskunlaşdığı ticarət mərkəzinə raket zərbələri endirilib.

Hazırda ərazidə xilasetmə işlərinin aparıldığı, yanğını söndürməyə çalışıldığ bidlirilir.

“AzPolitika.info”


635x100

Şərhlər

HƏRAY HƏZİ 2022-06-28 00:37:54

Hitler Putinə münasibətdə kişi adam olub. Onun gücü yalnız dinc əhaliyə çatır.

t.ədalət 2022-06-27 21:15:49

Rusiya ordusu ancaq dinc əhalini öldürür.Putinin hitlerçiliyi buna deyirlər.

Son yazılar