“Xəstə Rusiya imperializmini məğlub etmək lazımdır” – Kulebadan G7 sammitinə çağırış

Kiyevin atəşə tutulmasından sonra G7 sammiti Rusiyaya qarşı sanksiyalarla cavab verməlidir.

Bu fikiri Ukrayna XİN başçısı Dmitri Kuleba və Litvanın eks-xarici işlər naziri Linas Linkyaviçyus ifadə edib.

“Rusiyanın raketləri Kiyevin mərkəzində yaşayış kvartalını dağıdıb. Rusiya bu gün xəstəlikdir və onu uyğun olaraq müalicə etmək lazımdır. Heç bir kompromiss və danışıq olmadan. Sadəcə olaraq, hərb maşını tükənməyənə qədər hər şeyi bloklayın” – deyə, litvalı siyasətçi qeyd edib.

Kuleba isə qeyd edib ki, Kiyevdə yaşayış binasının atəşə tutulması zamanı zərər çəkənlər arasında uşaq da var.

“Yeddi yaşlı ukraynalı uşaq Kiyevdə sakitcə yatan zaman Rusiyanın qanadlı raketi onun evini dağıdıb. Bütün Ukraynada bir çox insanlar zərər çəkirlər. G7 sammiti Rusiyaya böyük sanksiyalar tətbiq etməklə və Ukraynaya ağır silahlar göndərməklə cavab verməlidir. Xəstə Rusiya imperializmini məğlub etmək lazımdır”- o, qeyd edib.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar