Ermənistanla Rusiyanın quru əlaqəsi kəsildi - Tonlarla məhsul yollarda qaldı + VİDEO

Xəbər verildiyi kimi Gürcüstandan Rusiyaya gedən və hərbi yol kimi tanınan Kazbek-Yuxarı Lars avtomobil magistralı leysan yağışları səbəbilə bağlanıb.

“AzPolitika.info” Gürcüstan mediasına istinadla xəbər verir ki, güclü yağışlar nəticəsində Terek çayı məcrasından çıxıb və Gürcüstanla Rusiya arasındakı avtomobil yolunu dağıdıb. Nəticədə Mtsxeta-Stepantsminda-Lars yolunun 136-cı kilometrliyindəki hissəsi zədələnib.

Qeyd edək ki, bu yol Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru magistralıdır. Yol bağlandığından, Ermənsitanın Rusiyayla quru əlaqəsi tamamilə kəsilib. Nəticədə Rusiyaya daşınan tonlarla məhsul yollarda qalıb.

“AzPolitika.info”


635x100

Şərhlər

t.ədalət 2022-06-27 21:50:52

Rusiya bu yolu Azərbaycandan açacaq.

Son yazılar