TANINMIŞ HƏKİM ÖZÜNÜ 11-ci MƏRTƏBƏDƏN ATDI - Səbəbi açıqlandı + FOTOLAR/VİDEO (Yenilənib)

Bakıda intihar edən həkimin ölümü ilə bağlı bəzi detallar məlum olub. Baku TV əməkdaşları hadisə yerində olub. Görüntülərdən məlum olub ki, 38 yaşlı ginekoloq Xalidə Kəngərli 11-ci mərtəbədən qoruyucu tentin, daha sonra “Hyundai” markalı avtomobilin üzərinə düşüb.

Bina sakinləri bildirirlər ki, X.Kəngərli çox pozitiv insan olub. Onun intiharı hamıda təəccüb yaradıb.

Həmin süjeti təqdim edirik:

***

Bakıda baş verən intihar hadisəsi barədə bəzi detallar məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, ginekoloq-həkim Xalidə Kəngərlinin həyat yoldaşının psixoloji problemləri olub.

O, 10 ilə yaxındır ki, evdə qapalı şəraitdə qalırmış. Evin bütün yükü həkimin çiyinlərində imiş.

X.Kəngərlinin iki övladı var. Onu tanıyanlar pozitiv, həyat dolu olduğunu və intihar etməsinə inanmadıqlarını bildiriblər.

Qonşuların dediyinə görə, hadisədən sonra həkimin iki qardaşı onun həyat yoldaşını döyüb.

Həkim bu gün dəfn olunub.

***

Azərbaycanda tanınmış ginekoloq intihar edib. “Report”un məlumatına görə, hadisə dünən Yasamal rayonunda baş verib.

Belə ki, həkim-ginekoloq Xalidə Kəngərli özünü yaşadığı çoxmərtəbəli binanın 11-ci mərtəbəsindən atıb.

Həkim aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Baş Prokurorluqdan faktı təsdiq ediblər. Qeyd edilib ki, hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

635x100

Şərhlər

dadaşyev 2022-06-28 23:30:15

Çox müəmmalı məsələyə oxşayır.Həkim belə çey eləməz.Özü də belə həyatdan nəşəli həkim.Ümumiyyətlə,nə bildiniz özünü atıb?Və ya birisini kəndirdən asılı görən kimi deyirlər ki,filankəs özünü asıb.Haradan bilirsən özünü asıb?Bəlkə asıblar?Bu da eləcə.Bəlkə bunu atıblar?

Fuad 2022-06-28 18:44:01

Allah rəhmət eləsin. Yəqin nəyəsə çox əsəbiləşib.

Vətəndaş 2022-06-28 14:45:59

Yazığı yəqin kimsə canından bezdirib ki canına qəsd edib. İnsanlarda artıq yaşamaq həvəsi əvvəlki kimi deyil.

Son yazılar