NATO Rusiyaya qarşı 300 minlik çevik qüvvələr hazırlayacaq - Yeni strategiyada daha nələr var?

NATO-nun Madrid zirvəsində ittifaqın yeni strateji konsepsiyası qəbul olunacaq. Yeni konsepsiyada Rusiya “ən ciddi və birbaşa təhdid” kimi qiymətləndiriləcək. Xatırladaq ki, 2010-cu ildə qəbul olunan konsepsiyada isə Rusiya strateji tərəfdaş adlandırılırdı.

Siyasi təhlilçi Şahin Cəfərli bildirir ki, ən önəmli qərarlardan biri NATO-nun çevik reaksiya qüvvələrinin sayının 40 mindən 300 minə qaldırılması olacaq. 

"Quru, hava və dəniz komponentlərindən ibarət olan bu qüvvələr krizis situasiyalarına operativ müdaxilə üçün nəzərdə tutulub. Bundan başqa, Baltik ölkələrindəki NATO batalyonları briqada səviyyəsinə yüksəldiləcək",- o əlavə edib.

Şahin Cəfərli deyir ki, Qərb heç bir halda Rusiyanı işğalı genişləndirməyə imkan verməyəcək: "Özünüz düşünün: NATO-ya ən ciddi və birbaşa təhdid olan bir ölkənin Ukraynada qalib gəlib, daha böyük təhdid halına gəlməsinə imkan verərlərmi? Putinin son günlər daha da aqressivləşərək Ukraynanı raket yağışına tutması həm də bu gəlişmələrlə əlaqədardır, o, Qərb liderlərinin tarixi qərarlar qəbul etməyə toplaşdıqları bir məqamda onlara xəbərdarlıq göndərir. Putin bu savaşdan öncə nə umurdu - nə buldu?..."

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar