Menu

“Putin Ukraynaya nüvə zərbəsi vurmağa hazırdır” - Rusiyalı publisist

29.06.2022, 10:11
“Putin Ukraynaya nüvə zərbəsi vurmağa hazırdır” - Rusiyalı publisist

Rusiya Federasiyasının prezidenti Vladimir Putin işğal etdikləri Xersonun mülafiəsi üçün taktiki nüvə silahının tətbiqinə hazırdır.

Bu barədə rusiyalı publisist Andrey Piontkovski danışıb («24 kanal»).

“Rusiyanın mənasız və özünəqəsd hərbi aksiyasını - nüvə silahı ilə bir Ukrayna şəhərini məhv etməyi həyata keçirmək üçün bir qrup insanın bu prosesə aktiv cəlb olunması lazımdır. Ehtimal var ki, Putin taktiki nüvə silahı tətbiq etsin» - deyə, o, qeyd edib.

Bununla bərabər, publisist «Exo Moskvı» radiostansiyasının baş reaktoru Aleksey Venediktovun sözlərini xatırlayıb.

O, deyib ki, Xersonun müdafiəsi zamanı Putin taktiki nüvə silahı tətbiq etməyə hazırdır: “Venediktovu tanıyıram. Əgər eşitməsəydi, bunu uydurmazdı”

Pintkovskinin fikrincə, əgər nüvə zərbəsi endirmək yalnız Putindən asılı olsa idi o, bu zərbəni həyata keçirərdi. Amma bunu reallaşdırmaq xeyli mürəkkəbdir.

“AzPolitika.info”

Şərhlər

Seyid ƏNHU 2022-06-29 17:23:06

Ey kiçik və pinti putin, sən nüvə silahı tətbiq etməyə hazırsan, bəs daha betərini qəbul etməyə necə, ona da , hazırsanmı?

t.ədalət 2022-06-29 10:41:23

Putinin kiçik bir səhvi Rusiyaya qarşı nüvə zərbələrinə səbəb olacaq.Güman ki Putin bu səhvi Xəzər dənizindəki sualtı bazalardan reallaşdırmaq istəyəcək ki,cavab zərbələri Xəzəryanı dövlətlərə dəysin..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol