"Turan" agentliyinin ABŞ Dövlət Departamentinin rəsmisinə istinadən verdiyi xəbərdə “təqaüdə çixan” Minsk Qrupuna yeni amerikalı həmsədrin təyin olunduğu bildirilir.
Dövlət Departamentinin nümayəndəsi bildirib ki, Endryu Şofer öz vəzifəsini yerinə yetirdi və indi Lora Okla ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədridir.
Xəbərə görə, həmin mənbədən daha sonra bunlar bildirilib: “İyunun 21-də xanım Okla Ermənistan və Azərbaycan üçün davamlı sülhün bərqərar olması ilə bağlı Avropa İttifaqı və fransalı həmkarları ilə görüşmək üçün Brüsselə gedib. O, iyunun 27-də Minsk Qrupunun fransalı həmsədri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə telefonla danışıb. Təəssüf ki, rusiyalı həmsədr onun dəvətini qəbul etməyib”.
Rəsmi Bakı Qarabağ probleminin tam və hərtərfli həllində Minsk Qrupunun hər hansı rolunu görmədiyini bəyan edib. Azərbaycan rəhbərliyi bildirir ki, vasitəşilər ancaq Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində iştirak edə bilər.
İyunun 23-24-də Bakıda səfərdə olan Rusiya Xarici İşlər Naziri Sergey Lavrov da bəyan edib ki, ATƏT-in Minsk Qrupu fəaliyyətini dayandırıb.
"AzPolitika.info"


Şərhlər
ABŞ Minsk qrupundan əl çəkmir,çünki ABŞ-ın bütün siyasətçiləri bunnandı.Ümumiyyətlə,BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü Olimpiadanın iç-içə beş halqasıdı ki,durufdu.Yəni beş bunnan.
ermeni kim qotur bir millet, tarix boyu qucaqlarsa otura otura otura ABŞ kimi bir dövlete öz “Условия» ларыны diqte edir.Bu da size demokratiya ,gaqq edalet carçusı,insan haqqları mğdafirçisi kimi özünü tanıdzn ölke.
ABŞ-ın niyə belə qərar qəbul etməsinin səbəbini bilirik, çoxları da bunu bilir.