Menu

“Görüşdə bunları həll etməyə çalışacağıq” - Qubad İbadoğlu

07.11.2014, 17:00
“Görüşdə bunları həll etməyə çalışacağıq” - Qubad İbadoğlu

Müsavat başqanlığına sabiq namizəd, 27 sentyabr qurultayının nəticələrindən narazı qalan qrupun lideri Qubad İbadoğlu müsavatçılara müraciət edib və onları noyabrın 8-də Müsavat Partiyasının qərargahında görüşə dəvət edib.

Qubad İbadoğlu müraciətində bildirib ki, görüşün əsas məqsədi Müsavat Partiyasının hazırkı vəziyyətini müzakirə etmək və çıxış yolları axtarmaqdır.

Noyabrın 7-də Qubad İbadoğlu bununla bağlı “Media forum” saytının suallarını cavablandırıb.

- Görüşdə yeni təkliflər olacaq?

- Bəli, olacaq.

- Müsavat Partiyasının seçkili orqanlarında iştirak etməmək fikrində qalırsınızmı?

- Bəli.

- Görüşdə daha kimlər danışacaq?

- İştirakçıların hər birinə öz fikrini ifadə etmək imkanı yaradılacaq.

- Partiya rəhbərlərinin görüşdə iştirak edəcəyini gözləyirsinizmi?

- İstənilən müsavatçı görüşdə iştirak edə bilər.

- Sabiq başqan İsa Qəmbərlə görüşmüsünüzmü?

- Bəli, qurultaydan sonra bir dəfə görüşmüşük.

- Partiya rəhbərliyi ilə barışıq yolu varmı?

- Partiyada hər kəslə münasibətim normal səviyyədədir, buna görə də barışığa zərurət qalmır. Sadəcə, partiyanın idarəçiliyinə və kursuna münasibətdə fikir ayrılığı mövcuddur və görüşdə bunları həll etməyə çalışacağıq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol