KORRUPSİYA İDARƏSİNDƏN SABİRABADDAKI ƏMƏLİYYATLA BAĞLI AÇIQLAMA - Kimlər həbs edilib? (Yenilənib)

Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Qasımov Müşviq Vidadi oğlunun qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Müşviq Qasımovun FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Əhəmiyyətli Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi Quliyev Eldar Musa oğlu və digər şəxslərlə qabaqcadan əlbir olaraq Sabirabad rayonu ərazisində yerləşən qeyri-yaşayış obyektində tikinti işlərinin aparılmasına icazə verilməsi, bunun üçün zəruri olan memar rəyi və digər aktların verilməsinə köməklik göstərilməsi üçün onlara müraciət etmiş vətəndaşdan külli miqdarda rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış kifayət qədər sübutlar əsasında Müşviq Qasımov və Eldar Quliyevə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (rüşvət alma- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində istintaq davam edir.

***

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Sabirabad rayonunda əməliyyat keçirilib.

“Qafqazinfo” xəbər verir ki, əməliyyat çərçivəsində Sabirabad RİH-in Memarlıq və Tikinti şöbəsinin müdiri Qasımov Müşviq Vidadi oğlu saxlanılıb. Onun hansı faktla bağlı saxlanılması hələlik məlum deyil.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, qeyd edilən faktla bağlı ictimaiyyətə açıqlama veriləcək.

635x100

Şərhlər

Perviz 2022-07-01 00:51:59

Adem memedov vekil niye yoxlamirlar

Mubariz 2022-06-30 20:34:53

İH -başçısının xəbəri olmayıb ? zatən həmişə aşağıları tuturlar ki yuxarıların dərisini soysunlar , birazdan çıxarlar

Şək-Bazar ASC-nin səhmdarı 2022-06-30 16:36:01

Hörmətli Korrupsiya İdarəsinin əməkdaşları, sizdən xahiş edirik yolunuzu Şəki-Bazar ASC- nə salsanız milyonların mənimsənilməsi üzə çıxar ? Belə ki, savadsız və təhsdilsiz bir molla ləqəbli Eldəniz Hacıağayevi qanunsuz olaraq, səhmdarların xəbəri olmadan Şəki Bazar ASC sədr vəzifəsinə təyin etdilər. İldə bir milyon gəlir olan Bazarın illik büdcəsinə 170-190 min manat gəlir göstərərək, vergidən yayınaraq milyonların sahibi oldu. Əvvəllər gözətçi işləyən, acından ölən bir adam özü üçün milyoner oldu, mülklərin sayı onlarladır.... Şəki də Köl yolun Benzin zaprafkasının üztündə iki oleli, 17 saylı orta məktəbin yanında Villası, Türkiyədə evi, Şəhər daxili marşurut avtobusları, 10 saylı orta məktəbin ərazisində olab bo. sahədə hal-hazırda böyü həcmli obyekt inşa etdirir və s.... Onun qanunsuz əməllərinə aidiyyatı orqanlar göz yumurlar.. Təkcə 2020-ci il ərzində Bazarda ikçik köşklər düzətdirərək sahibkarlara 5-10 min dəyəreində satmaqla 1 milyon pul əldə edib ... Xahiş edirik Eldəniz Hacıağayev haqqında ciddi tədbirlər görəsiniz ? onun qanunsuz əməlləri sayəsində səhmdarlar qanuni dividentlərindən məhrum olunublar .. Yolunuzu gözləyirik.....

Şəkili 2022-06-30 14:11:50

Bəs bu idarə Şəkidə nə zaman olacaq?Rayon soyulub,batıb gedib.Yollar bətbad.işsizlik,gənclər rayondan iş üçün gedib,kasıblıq,acclıq,məmur özbaşınallğl

Son yazılar