Ali Radanın deputatı Rusiya ərazilərini “bölüşdürüb”

Ukrayna nümayəndələri Şimali Atlantika Alyansının Madriddə keçirilən sammitində Litva Prezidenti Gitanas Nauseda ilə Rusiyanın bəzi bölgələrinin anneksiyasını müzakirə ediblər.

Bu barədə özünün “Teleqram” kanalında Ali Radanın deputatı Aleksey Qonçarenko danışıb.

“Əgər daha detallı desək, aşağıdakılar barədə razılığa gəldik: Smolenski Litvaya, Kuban Ukraynaya, Qafqaza isə müstəqillik verilsin. Moskvanı isə polyaklar götürsün, onlar çoxdan oranı istəyirdilər. Hələ 16-cı əsrdən” – deyə, Qonçarenko yazıb.

O, həm də Kiyev və Vilnüsün dostluğunu «əbədi» adlandırıb.

“AzPolitika.info”

635x100

Şərhlər

Elmira 2022-07-01 10:19:32

Afərin, Aleksey!!!

Son yazılar