Menu

Komandoların məşqindən görüntülər yayıldı - VİDEO

01.07.2022, 10:49
Komandoların məşqindən görüntülər yayıldı - VİDEO

2022-ci ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) bölmələrində təlim-məşqləri keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, praktiki məşqlərdə komandolar maneələri yüksək peşəkarlıqla dəf edərək kəşfiyyat cığırının açılması və şərti düşmənin məhv edilməsi tapşırıqlarını yerinə yetirirlər.

Komandoların fərdi bacarıqlarının, eləcə də atəş və taktiki hazırlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlərdə qarşıya qoyulan tapşırıqlar uğurla icra edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol