Menu

Putinin müaviri seçkilər haqda: "tanımaq və hörmət müxtəlif sözlərdir"

07.11.2014, 17:42
Putinin müaviri seçkilər haqda: "tanımaq və hörmət müxtəlif sözlərdir"

Rusiya prezidenti Putinin xarici siyasət müşaviri Yuri Ushakov bildirib ki, Rusiya Şərqi Ukraynada seçkilərin nəticəsinə hörmətlə yanaşır, ancaq bu seçkiləri tanıdığını deməməyi bilərəkdən edir.

Ushakov noyabrın 7-də deyib ki, xalqın iradəsinə Rusiya hörmət edir. Jurnalistlər soruşublar ki, bu, seçkiləri tanmaqdırmı? Ushakov cavab verib ki, bunlar müxtəlif sözlərdir. ““Hörmət” sözü bilərəkdən seçilib. Biz fundamental olaraq seçicilərin iradəsinin ifadəsinə hörmət edirik”.

Müşavir bildirib ki, Asiya sammitində Putin və Obamanın xüsusi görüşü nəzərdə tutulmayıb, bu, onlar üçün görüşməyə yaxşı imkandır. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol