PREZİDENTİN GENERAL RÜTBƏSİ VERDİYİ POLİSLƏR KİMLƏRDİR? - Vilayət Eyvazov tərəfindən irəli çəkiliblər + DOSYE/FOTO (Yenilənib)

Məlumat verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Bu gün general-mayor ali rütbəsi verilmiş 4 polis zabiti iki il əvvəl Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvaz tərəfindən yüksək vəzifələrə təyin edilmiş şəxslərdir.

"AzPolitika.info" xəbəır verir ki, onlardan Canpolad Daanov 19 noyabr 2020-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi təyin edilib. Hazırda bu vəzifəni icra edir.

Gənc general 1981-ci ildə Balakən şəhərində anadan olub. BDU-nun Hüquq fakültəsinin bakalavr və magistraturasını fərqlənmə diplomları ilə bitirib.

Daxili işlər orqanlarında xidmətə 2004-cü ildə DİN-in Polis Akademiyasında müəllim kimi başlayıb. 2005-2019-cu illərdə müstəntiq, baş müstəntiq, şöbə rəisinin müavini, şöbə rəisi və baş idarə rəisinin müavini kimi çalışıb. 2019-2020-ci illərdə Polis Akademiyası rəisinin birinci müavini olub. 2020-ci ildən Akademiyasının rəisidir.

“Vətən uğrunda” medalı ilə təltif edilib. Ailəlidir, iki övladı var.

Prezidentin general rütbəsi verdiyi daha bir polis zabiti Namiq Həsənov isə DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisidir. O, 24 noyabr 2020-ci ilə qədər Suraxanı Rayon Polis İdarəsinin (RPİ) rəisi vəzifəsində çalışıb. “İgidliyə görə” medalı ilə təltif edilib.

Ali rütbə alanlar sırasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini Vüqar Ələkbərov da var. 

O, 1975-ci ildə Naxçıvanda anadan olub. 2004-cü ildə DİN-in Polis Akademiyasını bitirib. 1998-ci ildən xidmətə başlayıb və müxtəlif məsul vəzifələrdə işləyib.

2009-2014-cü illərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində bölmə, şöbə rəisi, 2014-2020-ci illərdə BŞBPİ-də idarə rəisi vəzifələrində çalışıb.BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi olub. 

27 iyun 2020-ci il tarixində Vilayət Eyvazovun əmri ilə yüksək vəzifəyə irəli çəkilib. 2020-ci ildən BŞBPİ-nin rəisinin müavini, daha sonra rəisin əməliyyat işi üzrə müavini vəzifəsinə təyin olunub.

“İgidliyə görə” medalı ilə təltif edilib. Ailəlidir, iki övladı var.

Prezidentin general rütbəsi verdiyi Sərdar Səfərov da BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisidir. 

O, 1973-cü ildə Sumqayıtda anadan olub. Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Türkiyə Respublikasının Jandarma Zabitlər Məktəbini və DİN-in Polis Akademiyasını bitirib.

1996-2005-ci illərdə Daxili qoşunlarda xüsusi təyinatlı bölük komandiri, Xüsusi təyinatlı taborun qərargah rəisi kimi xidmət edib. 2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi olub. Bu ilin fevralndan BŞBPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin olunub.

“Hərbi xidmətlərə görə”, "İgidliyə görə", “Vətən uğrunda” medalları ilə təltif edilib. Ailəlidir, üç övladı var.

Qeyd edək ki, sabah - iyulun 2-si Azərbaycanda daxili işlər orqanlarında çalışanların peşə bayramı kimi qeyd olunur.

"AzPolitika.info" 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar