Menu

Danimarkada ticarət mərkəzində atışma: Yaralananlar var – VİDEO

04.07.2022, 00:28
Danimarkada ticarət mərkəzində atışma: Yaralananlar var – VİDEO

Kopenhagendəki (Danimarka) “Fields” ticarət mərkəzində atışma olub. Yerli polis bir neçə nəfərin yaralandığını bildirir.

Hadisə şahidlərinin sözlərinə görə, azı üç dəfə atəş açılıb.

Hazırda ticarət mərkəzi mühasirəyə alınıb. Polis insidentlə bağlı əməliyyat tədbirləri həyata keçirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol