Menu

“Biz, yeganə ölkəyik ki, bu mübarizədə rusiyalıları dəstəkləyirik” – Lukaşenko

04.07.2022, 11:36
“Biz, yeganə ölkəyik ki, bu mübarizədə rusiyalıları dəstəkləyirik” – Lukaşenko

Aleksandr Lukaşenko xəbər verib ki, o, Belarusun rolunu Ukrayna-Rusiya müharibəsində «çoxdan müəyyən» edib. Diktator qeyd edib ki, artıq çoxdan Rusiya Federasiyası və Belarus «vahid silahlı qüvvələr qruplaşması» yaradıb.

Lukaşenko uyğun bəyanatla Belarusun müstəqillik gününə (iyulun 3-ü) həsr olunmuş tədbirdə çıxış edib.

«Biz, yeganə ölkəyik ki, bu mübarizədə rusiyalıları dəstəkləyirik. Bizi qınayanlar, siz bilmirdiniz ki, bizim Rusiya Federasiyası ilə ən sıx müttəfiqliyimiz var? O dövlətlə ki, biz, vahid, güclü müstəqil dövlət qururuq - İttifaq dövləti. Harada ki, iki müstəqil xalq var. Onlar bilməyiblər ki, bizdə artıq çoxdan Belarus və Rusiya ittifaqdadır və onun vahid silahlı qüvvələri var? Praktiki olaraq, vahid ordu. Siz, bütün bunları bilirdiniz, onda nə üçün bu gün bizi qınayırsınız? Biz, qardaş Rusiya ilə birlikdə olmuşuq və olacağıq. Bizim «xüsusi əməliyyatda» iştirakımız mənim tərəfimdən çoxdan müəyyən olunub» - Lukaşenko deyib.

«Kartof füreri» əlavə edib ki, belaruslar heç kimə imkan verməzlər ki, rus insanını kürəyindən güllələsinlər.

AzPolitika.info

Şərhlər

HƏRAY HƏZİ 2022-07-04 22:37:32

Batkanın bu danışığı onu daha da səviyyəsiz edir və onun Rusiya haqqında dedikləri meşədə heyvanların öldürüləcəyi xəbəri yayılan zaman dovşanın şiri müdafiə edəcəyi barədə dediklərinə bənzəyir.

Roma 2022-07-04 15:12:26

İsmi Pünhan mahnısında deyildiyi kimi, "canı yanan ya bir olar, ya iki"...batka səndən bir dənədi də, iki olsaydı qazalağa qoşardılar...

t.ədalət 2022-07-04 14:33:18

Putini dəstəkləmək onun vəhşiliyini və dinc əhaliyə qarşı qətliamını dəstəkləməkdir.Görünür,Lukaşenko bu çıxışı ilə bir yırtıcı olduğunu elan etmək istəıyib.

Veteran 2022-07-04 14:21:33

.....sabun bişirəcəklər ay kolxoz.Az qalıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol