Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlərə baxılıb.
"AzPolitika.info" APA-ya istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və Rəşad Babayev və Şükür Səfərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Hər iki şəxs qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda rüşvət almaqda təqsirləndirilir.
Qeyd edək ki, Rəşad Babayev və Şükür Səfərov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılb.
R.Babayev bundan əvvəl Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini, Tovuz Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb. Onun əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmisi oğlu olduğu iddia edilir.

Şərhlər
Azerbaycanin ALmanizadaki Sefirliyinde reviziya sona catib, texminen 6,5 milyon avro yoxa cixib... muhasib hebib piriyevle birlikde... pirizev pullari sefir ramin hesenovla yediyini deyib. bunu nazir ceyhun bazoglanovic da yaxshi bilir... amma ishin bir ammasi var... 6,5 milyon avronu yoxa cixaran ramin hesenov mustesna qabiliyyetlerine göre indi de koreyaya sefir günderilir. sanki butun bunlari da dtx bilmirmish....
DTX yolunuzu ƏƏSMN-də salın... Xəstə olanların əlilliyi ləğv olunur, ancaq gözdən II qurub əlil əynək taxmadan poçtalyon işləyir, belələrinə ömürlük əlillik təyin olunubdur ? Nazirlik belə neqatif hallara baxmır ?
Müdirin göstərişi olmasa müavin nə karədir ki, belə işlər görə!.Ona görə ilk olaraq müdir sorğuya çəkilməli olduğu mütləqdir.Müavin-krayndır.l
Bular hamısı bir dəstədir 5-ci kolon bax bunlardı