Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikasında baş vermiş kütləvi iğtişaşlar zamanı 18 nəfər həlak olub.
Bu barədə Özbəkistanın Baş Prokurorluğu məlumat yayıb.
Aksiyalar nəticəsində 243 nəfər yaralanıb, onlardan 38 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşıdır.
Eyni zamanda, aksiyanın dağıdılması zamanı 500-dən çox saxlanan olub.Özbəkistan Milli Qvardiyası bildirir ki, saxlananların çoxu artıq sərbəst buraxılıb.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev iyulun 2-də deyib ki, Konstitusiyanın yeni mətnində Qaraqalpaqıstanın suverenliyini və Özbəkistanın tərkibindən çıxmaq hüququnu məhdudlaşdıran müddəalar saxlanacaq.
Qaraqalpaq bölgəsində bir aylıq fövqəladə vəziyyət elan edilib
"AzPolitika.info"


Şərhlər