Bu gün “Böyük Oktyabr Sosialist İnqilabı”nın 97-ci ildönümüdür.
Bu təqvimdən danışan Rusiyanın baş naziri Dmitri Medvedyev Oktyabr inqilabını ölkənin sonrakı taleyini müəyyən edən “faciəvi çevriliş” adlandırıb.
Musavat.com-un məlumatına görə, baş nazir belə bir yanaşmanın vətəndaşların əksəriyyətinə xas olduğunu da vurğulayıb.
“Bu gün çoxumuza aydındır ki, bu faciəvi gün xeyli dərəcədə ölkənin sonrakı taleyini müəyyən edib və vətəndaş müharibəsinə gətirib”, - deyə Medvedyev qeyd edib.
Az öncə prezident Vladimir Putin bəyan edib ki, “1917-ci ilin tarixi oktyabr hadisələri dərin peşəkar dəyərləndirmə tələb edir”.


Şərhlər