Menu

Rusiya Ermənistanda keçiriləcək “Uşaq Avroviziyası”nda iştirak etməyəcək

05.07.2022, 18:44
Rusiya Ermənistanda keçiriləcək “Uşaq Avroviziyası”nda iştirak etməyəcək

Rusiya bu il dekabrın 11-də Ermənistanın paytaxtında təşkil ediləcək "Uşaq Avroviziyası-2022" mahnı müsabiqəsində iştirak etməyəcək.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə seçim turunun təşkilatçısı İqor Krutoy məlumat verib.

Buna səbəb Avropa Yayım İttifaqının Rusiyanı “Avroviziya–2022” mahnı müsabiqəsindən kənarlaşdırmağından sonra cavab olaraq Rusiyanın “Birinci kanalı”nın, Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Kompaniyasının və “Ostankino” Radio evinin qurumdan çıxması olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol