Rusiya Belarusa nüvə yerləşdirmək imkanlarını araşdırır – “Bu ölkəyə artıq rusiyalı hərbçilər gəliblər”

Böyük ehtimal var ki, Ukrayna ərazisinə Belarusdan nüvə zərbəsi endirilsin - bu ölkəyə artıq rusiyalı hərbçilər gəliblər ki, respublikanın uyğun silahı saxlamaq üçün potensialını qiymətləndirsinlər.

Bu barədə hərbi ekspert İvan Stupak danışıb («Seqodnya»).

Nüvə silahının Belarusda «peyda olması» ehtimalı nə qədər yüksəkdir və onun yayılmaması barədə müqavilə nə ilə pozula bilər - sualına cavab verərkən, ekspert onu 10 bal arasından 8,5 balla qiymətləndirib.

«Mən bilirəm, belə informasiya olub ki, Rusiyanın nüvə silahına cavabdeh olan strateji təyinatlı ordusu Belarusa gəlib və Belarusun nüvə silahını saxlamaq və istifadə üçün potensialının qiymətləndirilməsini aparıb» - Stupak bəyan edib.

O, dəqiqləşdirib ki, sovetlərin dövründə Belarusda uyğun infrastruktur olub, amma fakt deyil ki, o, indiki dövrə qədər saxlanır.

«Bu isə elə silahdır ki, xüsusi diqqət tələb edir. Onlar gəliblər və qiymətləndirmə aparırlar. Və mən belə başa düşürəm ki, bu, rusiyalıların hansısa hesabatı üçün əsas olacaq - qərar qəbul edəcəklər ki, buna imkan varmı və ya sıfırdan yenisini tikmək lazımdır?» - hərbi ekspert danışıb.

Xatırladırıq ki, Putin bu yaxınlarda Lukaşenko ilə görüşdə bəyan edib ki, yaxın aylarda Minskə «İskəndər-M» kompleksi verəcək. Bu raketlər nüvə başlıqları da daşıya bilir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar