İcbari sığortalar üzrə məlumatların siyahısı genişlənir

İcbari sığortalar üzrə informasiya sisteminə daxil ediləcək məlumatların siyahısı genişləndirilir. Bununla bağlı “İcbari sığortalar haqqında” qanuna dəyişiklik təklif olunur.

Dəyişikliklə avtomobil nəqliyyatı vasitəsindəki sərnişin yerlərinin sayı, daşınmaz əmlakın dövlət reyestrindən hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın məzmununda əks edilən, sürücülük vəsiqəsində əks olunan, daşınmaz əmlakın və nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilədə, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamədə əks olunan məlumatlar icbari sığortalar üzrə informasiya sisteminə daxil ediləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar