Nə üçün rusiyalılar Ukraynaya qarşı müharibəyə gedirlər? - Ekspertlər izah edirlər

Ekspertlər Ukrayna Ordusunun və Putinin hərbçilərinin motivlərini müqayisə ediblər.

Bu barədə “Freedom” layihəsinin süjetində söhbət açılır.

«Ukrayna ordusunun dəqiq motivi var, onların əsgərlərinin arxasında ailələri, anaları, uşaqları var. Ona görə də onların motivi strekoz (yügül xasiyyətlilik) deyil, onların motivi özününkünü xilas etməkdir. Onlar öz Vətənlərini, öz ölkələrini müdafiə edirlər» - siyasət analizi üzrə Büronun direktoru Viktor Babirenko qeyd edir.

Hərbi ekspert İvan Stupak isə öz növbəsində danışıb ki, ukraynalı döyüşçülər ancaq rusiyalı hərbçiləri Ukraynadan qovmaq istəyirlər, onlara nə Moskva, nə Qızıl meydan lazım deyil.

Jurnalistlər qeyd edirlər ki, Putin hərbçiləri asan qələbəyə və qələbə paradına hazırlaşıblar. Amma tammiqyaslı təcavüzün lap əvvəlindən rusiyalı hərbçilər «dəstə»lərlə əsir düşüblər.

«Onların başında «baltadan sıyıq» var. Onların ideologiyası yoxdur. İnsanların bir hissəsi hətta «demilitarizasiya» sözünü ifadə edə bilməyib» - Stupak qeyd edib.

Rusiya işğalçılarının motivi nə olub? Bir çoxu qanlı rubl xatirinə döyüşməyə gedib. «Rusiya hərbçisinin Ukraynada olmaq üçün motivi yoxdur - a) pul qazanmaqdan; b) özünün maddi vəziyyətini soyğunçuluqla düzəltməkdən savayı» - hərbi ekspert izah edib.

O, qeyd edir ki, Putin real olaraq, ordunun üsyanından ehtiyat edir - komandanlığı dəyişir və xəbərçiliyi inkişaf etdirir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar