10 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Azərbaycanda 10 il əvvəl qətl törətməkdə təqsirləndirilən Zöhrab Şirinovun məhkəməsi başlayır.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Faiq Qəniyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.

Qeyd edək ki, hadisə 2012-ci il oktyabrın 10-da paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, Z.Şirinov tanışı və əvvəllər qonşuluğunda yaşamış Cəfər Axundovla Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən evdə narkotik vasitə qəbul etdikdən sonra sonuncunu narkotik sərxoşluğu vəziyyətində görüb aralarında əvvəllər şəxsi münasibətlər zəminində baş vermiş mübahisəni — cüzi səbəbi bəhanə edib onun qarın və sinə nahiyələrinə təpiklə zərbələr vurmaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Daha sonra törətdiyi cinayəti gizlətmək və narkotik maddənin təsiri altında öz əcəli ilə ölməsi görüntüsünü yaratmaq məqsədilə həmin gün axşam saatlarında Cəfər Axundovun meyitini sonuncunun mülkiyyətində olan “Mercedes Benz C200” markalı, 90-LV-150 dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına qoymaqla Yasamal rayonu, “Qurd qapısı” adlanan ərazinin yaxınlığında yerləşən qəbiristanlığa aparıb avtomobildə cibinə şpris və içərisində narkotik vasitə izləri olan şüşə dərman qabını yerləşdirməklə oradan uzaqlaşıb.

Z. Şirinova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar