Menu

Rusiya XİN Üçtərəfli İşçi Qrupun işində irəliləyiş əldə olunduğunu açıqlayıb

06.07.2022, 14:44
Rusiya XİN Üçtərəfli İşçi Qrupun işində irəliləyiş əldə olunduğunu açıqlayıb

Cənubi Qafqazda bütün kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpa olunması ilə bağlı Baş nazir müavinlərinin həmsədrlik etdikləri Üçtərəfli İşçi Qrup fəaliyyətini davam etdirir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, iyunun 3-də Moskvada Üçtərəfli İşçi Qrupun X iclasında, eləcə də Peterbuq İqtisadi Forumu çərçivəsində həmsədrlərin təmasları zamanı nəqliyyat kommunikasiyalarının müxtəlif aspektləri ilə bağlı müəyyən irəliləyiş əldə olunub, tərəflərin mövqelərinin yaxınlaşmasına nail olunub: “Məlumdur ki, Üçtərəfli İşçi Qrup çərçivəsində regionda Azərbaycan, Ermənistan və onların qonşularının maraqlarına cavab verən avtomobil və dəmir yolu nəqliyyatı əlaqəsinin açılması müzakirə olunur. Konkret razılıq əldə olunacağı təqdirdə Üçtərəfli İşçi Qrupun həmsədrləri özləri ayrıca məlumat verəcəklər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol