Menu

“İyirmi ildən çoxdur ki, məhkəmələrdə sürünürəm...” - Qəbələ sakinindən Prezidentə və Birinci vitse-prezidentə müraciət

06.07.2022, 16:31
“İyirmi ildən çoxdur ki, məhkəmələrdə sürünürəm...” - Qəbələ sakinindən Prezidentə və Birinci vitse-prezidentə müraciət

“Axı necə ola bilər ki, məhkəmənin qüvvədə olan qərarı ləğv olunmamış, başqa bir məhkəmə qərar çıxarsın? ”

“İllər öncə Qəbələ rayonunda Kərimov Adil Bədrəddin oğlundan ev və bu evin əhatəsində olan 10 sot torpaq sahəsi aldım. Lakin bir müddət sonra Kərimov Adil iddia etdi ki, o, mənə yalnız evi satıb, torpaq sahəsini satmayıb. Şəki rayon Məhkəməsi və Qəbələ rayonu 9 saylı Reyester İdarəsi qanunsuz yollarla, kimlərinsə maraqlarına xidmət etmək üçün mənim hüquqlarımı heçə saydlar. Artıq iyirmi ildən çoxdur ki, məhkəmələrdə sürünürəm. Bu müddətdə etdiyim şikayətlərin də heç bir faydası olmayıb”.

“AzPolitika.info” xəbər verir ki, bu sözləri Qəbələ rayon sakini Ağaməmmədzadə Nüşabə Mamed qızı sosial şəbəkədə etdiyi videomüraciətdə bildirib.

Şikayətçi bildirir ki, Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli qanunsuz şəkildə iddiaçının xeyrinə qərarlar çıxarıb: “Mahir Əsədli mənim sənədlərim qüvvədə ola-ola qarşə tərəfin iddialarını təmin edib. Qərarın sonunda isə bildirib ki, “Bu qərarla bağlı heç bir yerə şikayət edə bilməzsiniz”.

O, bununla da məni bütün hüquqlardan məhrum edib. Axı necə ola bilər ki, məhkəmənin qüvvədə olan qərarı ləğv olunmamış, başqa bir məhkəmə qərar çıxarsın? Mahir Əsədli siz kimlərin maraqlarına xidmət edirsiniz? Qəbələ rayon Reyester İdarəsi də eyni qaydada qüvvədə olan sənədlərimə məhəl qoymadan, qarşı tərəfə sənəd çıxarıb. Bu yolla mənim bütün hüqüqlarımı tapdalayıblar”.

“Biz Azərbaycan vətəndaşı olaraq qanunlarımıza güvənirik. Bizim qanunlarımız tapşırıqla, pulla alına bilməz. Bu, bir ailənin məhvidir. Mən iki övlad anası olaraq xahiş edirəm ki, məhkəmədə olan bu özbaşınalıqlara son qoyulsun. Mən bu torpağa 100 min manatdan çox xərc qoymuşam. İndi mənim bütün bu əziyyətimi bir qələmlə silməyə çalışırlar. Heç bir konpensasiya da ödəmirlər. Mən bir Azərbaycan qadını, bir ana olaraq Prezident İlham Əliyevdən, Birinci Xanım Mehriban Əliyevadan xahiş edirəm ki, mənim səsimə səs versinlər, bu məsələni diqqətdə saxlasınlar”,-deyə o, bildirib.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol