Rusiya LUCH Elmi İstehsalat Birliyi (Elm və İnnovasiyalar ASC-nin bir hissəsi, Rusiyanın böyük nüvə sənayesi olan "Rosatom" Dövlət Korporasiyasının tədqiqat bölməsi) Hindistandakı Kudankulam Atom Elektrik Stansiyasının (Kudankulam Nuclear Power Plant - KNPP) dörd enerji bloku üçün termocütlərin tədarükünə dair müqavilə imzalayıb.
“The Economic Times” yazır ki, AES-in texnoloji avadanlığının istilik nəzarəti üçün nəzərdə tutulmuş yeni sensorlar KNPP-nin 1 və 2-ci bloklarının daxili reaktor idarəetmə sistemlərində köhnələrini əvəz edəcək.
Yüksək dəqiqlikli müqavimətli termocütlər reaktordaxili idarəetmə sisteminin vacib elementidir, onların stabil işləməsi nüvə reaktoru avadanlıqlarının təhlükəsiz istismarını təmin edir. Bu termocütlər xarici təsir amillərinin təsiri altında əsas dövriyyə boru kəmərinin isti və soyuq xəttində soyuducu suyun temperaturunu ölçmək üçün nəzərdə tutulmuş ilkin temperatur çeviriciləridir. Ümumilikdə müəssisə TSPT 5963 markarı 200 ədəd müqavimət termocütləri tədarük edəcək. Bu modifikasiya yüksək əməliyyat dayanıqlığı ilə seçilir və aparıcı dünya istehsalçıları səviyyəsində metroloji xüsusiyyətlərə malikdir.
Müəssisənin baş metroloqu Konstantin Kabaçnı bildirib ki, LUSH sensorların və korpusun istehsalı üçün istifadə olunan materialdan asılı olaraq müxtəlif ölçmə qabiliyyətinə malik termocütlərin geniş çeşidinin istehsalına başlayıb. Termocütlər paslanmayan polad korpuslarda bərkidici və möhürləyici qurğularla, poliamid və ya metal başlıqlı, eləcə də çevik uzatma kabelləri ilə istehsal olunur. LUCH Elmi İstehsalat Birliyi müxtəlif növ atom elektrik stansiyaları üçün perspektivli yanacağın hazırlanmasında iştirak edir. Müəssisə həmçinin yüksək temperaturlu keramika və metal materialların, o cümlədən monokristal vəziyyətində olan materialların yaradılması və onların əsasında elektrik stansiyalarının əsas elementlərinin layihələndirilməsi üzrə unikal təcrübəyə malikdir.

ROSATOM dünyada nüvə təchizat zəncirində enerji həlləri təklif etmək üçün resurslara və səriştələrə malik yeganə şirkətdir. O, atom elektrik stansiyalarının layihələndirilməsi, tikintisi və istismarı, uranın hasilatı, konvertasiya və zənginləşdirilməsi, nüvə yanacağının tədarükü, istismardan çıxarılması, işlənmiş yanacağın saxlanması və daşınması və nüvə tullantılarının təhlükəsiz utilizasiyası sahəsində aktivlər də daxil olmaqla, geniş çeşiddə aktivlərə sahibdir.
Şirkətin strategiyası külək istehsalı sahəsi də daxil olmaqla, aşağı karbonlu enerji istehsalı layihələrini inkişaf etdirməkdir. Hazırda şirkətin 300-dən çox müəssisə və təşkilatı, 250.000-dən çox işçi var.
Kudankulam Atom Elektrik Stansiyasına gəlincə, bu, Hindistanın cənubundakı Tamil Nadu əyalətinin Tirunelveli rayonunda Kudankulamda yerləşən Hindistanın ən böyük atom elektrik stansiyasıdır. Zavodun tikintisi 31 mart 2002-ci ildə başlansa da, yerli balıqçıların etirazına görə bir neçə dəfə gecikmə ilə üzləşib. KNPP-də Atomstroyeksport, Rusiyanın dövlət şirkəti və Hindistanın Nüvə Enerjisi Korporasiyası (NPCIL) ilə birgə qurulmuş 6000 MVt elektrik enerjisi gücünə malik altı VVER-1000 reaktorunun olması planlaşdırılır.
L.SƏMLA
AzPolitika.info


Şərhlər